Kapital bazarı vasitəsilə infrastruktur maliyyələşdirməsi
Fevralın 16-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankı ilə birgə təşkil edilən “Azərbaycan Kapital Bazarları vasitəsilə Maliyyə İnfrastrukturu İnvestisiyaları” mövzusunda seminar keçirilib, - deyə bu qurumun mətbuat xidməti bildirir.
Seminarda infrastruktur üzrə kapital bazarı maliyyələşdirməsinin beynəlxalq modelləri, Azərbaycanın infrastruktur sektorlarının investisiya cəlbediciliyinin artırılması üçün tələblər, eləcə maliyyə infrastrukturu sahəsində riskin paylaşdırılması mexanizmlərindən danışılıb.
İnfrastruktur maliyyələşməsində dövlətin özəl sektorla tərəfdaşlığı məsələsinə xüsusi diqqət ayrılıb.
Seminarda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan İpoteka Fondu, Dövlət Neft Fondu, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nümayəndələri iştirak ediblər.
Azərbaycanda infrastrukturun inkişafı layihələri dövlət büdcəsi, ARDNF vəsaitləri, beynəlxalq maliyyə institutlarının (ВБ, ЕБРР, АБР) və xarici bankların kreditləri ilə maliyyələşdirilir. 08D
-
- Cəmiyyət
- 17 Fevral 2016 13:59
-
- İqtisadiyyat
- 17 Fevral 2016 14:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz