Banklar kreditlərin 40%-i ev təsərrüftalarına verib
Bank və qeyri-bank kredit təşkilatlarının Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 1 may üçün 16 mlrd 245,4 mln manat (1 yanvarla müqayisədə + 5,3%) olub.
AMB-nin hesablamasına görə, vaxtı keçmiş kredit həcmi 4 ayda 895,6 mln manat (+13%) və ya bütün kreditlərin 5,5%-i qədər olub.
Dövlət maliyyə şirkətləri 5 mlrd 534,4 mln manat (+4,4%) və ya kreditlərin 34,1%-i, özəl banklar 10 mlrd 241,2 mln manat (+5,7%) və ya 63%-i verib.
Milli valyuta ilə 11 mlrd 759,8 mln manat (+6,2%), xarici valyuta ilə 4 mlrd 485,6 mln manat (+3,2%) kredit verilib. Ev təsərrüfatlarına 6 mlrd 610,9 mln manat (40,7%) kredit verilib. Ticarət və xidmətə 2 mlrd 322,4 mln manat (14,3%), energetika və təbii ehtiyatlara 259 mln manat (1,6%), kənd təsərrüfatı və emala 750,5 mln manat (4,6%), tikinti və daşınmaz əmlaka 2 mlrd 127 mln manat (13,1%), sənaye və istehsala 1 mlrd 908 mln manat (11,7%), nəqliyyat və rabitəyə 586,3 mln manat (3,6%) ayrılıb.–17D—
-
- Siyasət
- 10 İyun 2014 18:57
-
- İqtisadiyyat
- 11 İyun 2014 10:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz