«BankSilkWay» ASC hesabat verib
«BankSilkWay» ASC ilin 3 rübünün hesabatını açıqlayıb. Bankın aktivləri 1 oktyabr üçün 233,46 mln manat (+14,9%), kredit portfeli 166,7 mln manat (+13,7%) olub.
Bankın öhdəlikləri 125,01 mln manat (+25,9%), depozitləri 54,51 mln manat (+19,9%), o cümlədən əhalinin əmanətləri 41 mln 724 min manat (+64,8%) təşkil edib.
Nizamnamə kapitalı 5,9% artaraq 105 mln 766,63 min manat, xüsusi kapitalı 108 mln 445,74 min manat (+4,3%) olub.
Bankın xalis mənfəəti 6 mln 435,25 min manata çatıb.
«BankSilkWay» 2008-ci ildə yaranıb (əvvəllər AzalBank). Səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 17 Oktyabr 2014 14:48
-
- Cəmiyyət
- 17 Oktyabr 2014 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz