Baş nazirin müavini büdcə təşkilatlarında əlavə iş yerlərinin açılmasını tələb edib
Baş nazirin müavini Abid Şərifov yanvarın 30-da Şəkidə ictimaiyyət nümayəndələri ilə görüşündə büdcə təşkilatlarının rəhbərlərindən əlavə iş yerlərinin yaradılmasını və işə düzələn şəxslər barəsində onun məlumatlandırılmasını tələb edib. Bu barədə Turan-ın bölgə müxbiri hadsə yerindən məlumat verib.
Şəki Rayon İcra Hakimiyyətində keçirilən görüş zamanı İpək Kombinatının fəaliyyətinin dayandırılması əsas müzakirə mövzusu olub.
A.Şərifov “Şəki-İpək” ASC-nin İdarə Heyətinin sədri Nizami Qəmbərovun çıxışına imkan verməyərək 10 gün müddətində ipəkçiliyin bərpası üçün tədbirlər planının hazırlanmasını tələb edib.
N.Qəribov kombinat işçilərinin sayı barədə düzgün informasiya təqdim etməyib. O, hazırda kombinatda 200 nəfərin işlədiyini söylərkən yerlərdən “cəmi 60”, yaxud “cəmi 40 nəfər işləyir” replikaları səslənib.08D
-
- Cəmiyyət
- 1 Fevral 2016 23:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz