Bu gündən gömrükdə iri ölçülü yüklərin xüsusi yoxlama sistemi tətbiq edilir
Fevralın 1-dən Gömrük Komitəsi Gürcüstan və Rusiya istiqamətində hərəkət edən dəmiryolu yük vaqonları üzərində ən yeni nəzarət texnologiyaları tətbiq edir.
Smiths Heimann (Almaniya) şirkətinin avadanlığı nəqliyyat vasitəsi açılmadan və boşaldılmadan yükləri yoxlamaq imkanı verir, deyə DGK-da Turan-a bildiriblər.
Yoxlama sistemi Azərbaycanın gömrük sərhədinin giriş və çıxışında qoyulub və iri ölçülü yüklərdə təhlükəli yükləin olub-olmadığını hərəkət zamanı da yoxlamağ imkan verir, deyə DGK bildirir.
Əvvəllər bu sistem avtomobil yollarındakı buraxılış məntəqələrində quraşdırılıb. -08D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz