«Əmanətlərin sığortalanması haqqında» qanun yeni redaksiyada qüvvəyə minib
Əmanətlər üzrə sığorta ödəmələrinin maksimum həddi qanunvericilik qaydasında aradan qaldırıldı. Bundan öncə bu həcm 30 min manat təşkil edirdi. Bundan sonra üç il ərzində vətəndaşlar 12% ilə istənilən məbləğdə əmanət və depozit yerləşdirə bilər.
Bundan sonra Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayədarlar Şurası (Eldar Qəribovun rəhbərliyi ilə) fondun üzvü olan banklarda depozitlərin məbləğindən asılı olmayaraq “Əmanətlərin sığortalanması haqqında” yeni qanunun fəaliyyətini təmin edəcək.
Bundan əlavə, əgər əmanətlər üzrə illik faiz dərəcəsi 12%-i ötürsə əmanətçilər öz əmanətlərini tam sığorta etdirə, banklara müraciət edə bilər. Müqaviləyə dəyişiklik edildiyi halda bu dəyişikliyin edildiyi tarixdən əvvələ hesablanmış faizlər əmanətçiyə qaytarılmalıdır.
Sığorta halı baş verdikdə, Fondun üzvü olan maliyyə-kredit qurumu iflasa uğradıqda sığorta edilməmiş əmanətlər üzrə kompensasiyalar da sözügedən qanuna əsasən ödəniləcək.17D—
-
- Cəmiyyət
- 1 Fevral 2016 18:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz