«Başak İnam Sığorta»nın ləğvedilmə səbəbi məlum oldu
«Başak İnam Sığorta» şirkətinin səhmdarlarının ümumi yığıncağı aprelin 4-də olacaq, deyə şirkət məlumat yayıb.
Gündəlikdəki əsas məsələ şirkətin könüllü ləğv edilməsidir.
«Başak İnam Sığorta» İH sədrinin müavini Vaqif Baxşıyev Turan-a bildirib ki, şirkətin ləğvedilmə səbəbi «Zaminbank» və «Gəncəbank»ın bağlanmasıdır.
«Zaminbank bizim təsisçimiz idi. Vəsaitlərimiz bu iki bankda olub. Onlar bağlanandan sonra şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə və qanunvericiliyin məcmu kapital tələbinə (5 mln manat) cavab verə bilmədi», deyə o bildirib.
«Başak İnam Sığorta»nın planlaşdırılan ləğvi barədə fevralda jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri R.Aslanlı məlumat verib və qeyd edib ki, artıq razılıq verilib. Xatırladaq ki, «Zaminbank» və «Gəncəbank»ın lisenziyası 2016-cı ildə ləğv edilib.
Azərbaycan-Türkiyə birgə şirkəti olan «Başak İnam Sığorta» 1996-cı ildə yaradılıb. Türkiyə tərəfindən təsisçi «Başak Sığorta», Azərbaycan tərəfdən «İnam» təkrarsığorta idi. Onu ABB, «Turanbank» və «Aqrarkredit» təsis edib.
Şirkətin n izamnamə kapitalı 7 mln manat idi. 71D
-
- Siyasət
- 5 Mart 2017 11:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz