Belarus Azərbaycanda mağazalar şəbəkəsini genişləndirmək istəyir
Belarus baş naziri Vladimir Semaşko Azərbaycana səfəri çərçivəsində Bakıda Nərimanov prospektində Belarus malları mağazasında (Dövlətstatkoma yaxın) olub.
Onun sözlərinə görə, Belarus mallarının Azərbaycana birbaşa tədarükü saxta və keyfiyyətsiz malların qarşısını alır. «Gəncə, Naxçıvan, perspektivdə başqa yaşayış məntəqələrində şəbəkənin genişləndirilməsi məsələsinə baxılır», - deyə o qeyd edib.
Xatırladaq ki, aprelin18-də açılan mağazada ət, süd, və başqa məhsullar nümayiş etdirilir. --17D—
-
- Cəmiyyət
- 28 Noyabr 2016 13:52
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz