Beynəlxalq bank 2014-cü il üçün BMHS və BAS əsasında bank qrupunun birləşdirilmiş maliyyə hesabatlarının auditi üçün tender elan edib
Azərbaycan Beynəlxalq Bankı (ABB) bankın özündə və törəmə strukturlarında 2014-cü ilin birinci yarısı və bütün il üçün Beynəlxalq Maliyyə Hesabatlılığı Standartı və Beynəlxalq Audit Standartı əsasında birləşdirilmiş maliyyə hesabatlarının auditinin həyata keçirilməsi üçün xarici auditor cəlb etmək məqsədi ilə açıq tender elan edib.
Bankdan verilən məlumata görə, tender prosedurunda iştiraka görə ödəniş 500 manat təşkil edir, bu da əvvəlki analoji tenderlərdə olduğundan iki dəfə azdır.
Ərizələr cari ilin martın 3-ə qədər bankın Nizami, 67 ünvanında yerləşən inzibati binasında qəbul edilir. Təkliflər olan zərflər də martın 5-də maat 15-də açılacaq.
Xatırladaq ki, BMHS və BAS əsasında bankın birləşdirilmiş maliyyə hesabatlarının auditi 2002-ci ildən həyata keçirilir. Son dörd tenderin qalibi "Deloitte & Touche" beynəlxalq audit şirkəti olub. Ötən il o öz xidmətlərini 354 min manat məbləğində dəyərləndirib.
Azərbaycan hökumətinin nəzarət səhm paketini (50,2%) saxlamaqda davam etdiyi ABB həmçinin Rusiya və Gürcüstanda törəmə banklara, sığorta və prossesinq şirkətinə sahibdir. Əlavə məlumat üçün 498-85-36 (daxili 12-25) nömrəli telefonla E.Abbasova müraciət etmək lazımdır. --15B--
-
- İqtisadiyyat
- 16 Yanvar 2014 16:30
-
- Siyasət
- 16 Yanvar 2014 17:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz