MDM-də korporativ bazarın 86,5% artımı qeydə alınıb
2013-cü ildə «Milli Depozit Mərkəzi» QSC-də qeydiyyata alınan səhm və korporativ istiqrazların alqı-satqısı üzrə əqdlər ötən illə müqayisədə 86,5% artıb. Amma korporativ QK-ın dövriyyəsinin illik göstəricisi 2011-ci ilədkindən azdır.
MDM-in məlumatına görə, 2013-cü ildə korporativ QK-ın alqı-satqısı üzrə 1 mlrd 825 mil manatlıq 4693 əqd qeydiyyata alınıb. Əməliyyat həcmi bütün seqmentlər üzrə artıb.
Ötən illə müqayisədə əqd sayı əsasən birja əqdləri hesabına 2,6% azalıb, deyə MDM-də Turan-a bildiriblər. Əsas səbəb ilkin bazarın 1 mlrd manat daralmasıdır.
Ötən il korporativ QK-ın təkrar dövriyyəsi üzrə birja əqdlərinin həcmi (3787 əqd) 2,2 dəfə artaraq 835,7 mln manat olub. Birjadankənar dövriyyə bir o qədər artıb və 181 mln manatı keçib. Əgər 2012-ci ildə birjadankənar bağlanan bir əqdin orta həcmi 128 min manat idisə, ötən il 400 min manata çatıb.
2013-cü ildə qeydiyyatdan keçən QK-ın ilkin yerləşdirilməsi 453 əqd üzrə 808 mln manat olub. Bu, 2012-ci ildən 48% çoxdur.
MDM depozitar xidmət və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə inhisarçıdır. O, bazarın 99,9%-ə nəzarət edir və 1600 emitentə xidmət edir. 2008-ci ildən MDM illik maliyyə hesabatlarını açıqlamır. Həmçinin xidmət etdiyi şirkətlərin siyahısı da elan edimir.
Digər depozitar («Koporeyted Trast Eycensi») yalnız Beynəlxalq Banka xidmət edir. 08B
-
- İqtisadiyyat
- 16 Yanvar 2014 16:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz