QKDK vətəndaşların video-qəbuluna keçib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlar arasında daha operativ və səmərəli münasibətlərin qurulması məqsədilə vətəndaşların video-qəbulu mexanizmini istifadəyə verib. QKDK-nın vəzifəli şəxslərinin qəbuluna düşmək üçün ilk cəhd yanvarın 21-də olacaq.
QKDK ictimaiyyətlə əlaqələr sektorunun rəisi Çingiz Hüseynov Turan-a bildirib ki, qəbul aylıq qrafikə əsasən keçiriləcək.
QKDK-da vətəndaşların qəbulu ilə 11 vəzifəli şəxs məşğul olacaq. Amma qəbula düşmək elə asan deyil. Məsələn, investorların sözlərinə görə, onlar QKDK sədri Rüfət Aslanlının qəbuluna nə dekabrda, nə yanvarda düşə bilib: ötən ay o, ezamiyyətdə (ikinci həftənin ikinci günü) olub, bu ay məzuniyyətə gedib.
QKDK-da istifadəçilərin elektorn imkanları meyarlarını və etik məsələləri tənzimləyən təlimat təsdiq edilib.
İki ildir, İqtisadiyyat və Sənaye Nazirliyində video-qəbul keçirilir. Bu qurumun mətbuat xidmətində Turan-a deyiblər ki, bu mexanizm yaxşıdır, vətəndaşlar ondan həvəslə istifadə edir. Amma nazir Şahin Mustafayev bu qəbullarda hələ iştirak etməyib. 08B
-
- Siyasət
- 16 Yanvar 2014 16:05
-
- İqtisadiyyat
- 16 Yanvar 2014 16:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz