Beynəlxalq Bankın depozit portfeli 21% artıb
Bu ilin yanvar-mayında Azərbaycan Beynəlxalq Bankının aktivləri 9% artaraq 6532,867 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 11,3% artaraq 4293,4 mln manat olub.
Bankın ümumi öhdəlikləri 5345,441 mln-dan 5945,074 mln manata artıb. Depozit portfeli 20,9% genişlənərək 2909,146 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 1,6% artaraq 1533,45 mln manat olub.
Balans kapitalı 7,7% artımla 587,79 mln manat, ödənilmiş nizamnamə fondu
2,8% artaraq 340 mln manat olub.
Bankın gəlirləri və xərcləri 206,38 mln və 171,69 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 34,68 mln manata çatıb. --15B--
-
- İqtisadiyyat
- 9 İyul 2013 12:44
-
- İqtisadiyyat
- 9 İyul 2013 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz