Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı danışıqlar davam edir
Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı ümumi strategiyanı müzakirə edib. Bu barədə BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogi bu gün Hilton otelində keçirdiyi mətbuat konfransında bildirib.
Onun fikrincə, ABB-nin nizamnamə kapitalında dövlətə məxsus iştirak payının özəlləşdirilməsi üçün ilk öncə bankın restrukturizasiyası aparılmalıdır. “Bu istiqamətdə BVF ilə Azərbaycan hökuməti arasında işlər aparılır. Fond bu sahədə araşdırma aparıb hökumətə tövsiyələr verəcək. Öncə ABB-nin təsisçisi olduğu sığorta və lizinq şirkətləri, həmçinin prosessinq mərkəzinin bankdan ayrılması tövsiyə edilir”, deyə o qeyd edib.
ABB-nin nizamnamə kapitalında dövlətin iştirak payı 50,2%-dir. -03C-
-
- İqtisadiyyat
- 20 Noyabr 2012 15:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz