Mərkəzləşdirilmiş resursları bankların maliyyə sektorundan cəlb etdiyi bütün vəsaitlərin yarısı qədərdir
Bankların Azərbaycan Mərkəzi Bankından borc aldığı kreditlər üzrə öhdəlikləri sentyabrda 147,2 mln manat və ya 6,5% artaraq 2415,3 mln manat olub. İllik müddətdə bu göstərici 423, 9 mln manat və ya 21,2%, ilin əvvəlindən 382,7 mln manat və ya 18,8% artıb.
AMB-nin məlumatına əsasən, ötən ilin iyunundan mərkəzləşdirilmiş kreditlər illik 5,25%-lə verilir.
Sentyabrın sonu üçün Azərbaycan Mərkəzi Bankının mərkəzləşdirilmiş resursları bankların maliyyə sektorundan cəlb etdiyi bütün vəsaitlərin 50,7%-i və bank sisteminin bütün öhdəliklərinin 17,7%-i qədər olub.
Maraqlıdır ki, 4 il əvvəl – dünya maliyyə böhranı bank sistemində yenicə hiss ediləndə, 2008-ci ilin 1 sentyabrında AMB -nin kreditlərinin payı cəmi 118,6 mln manat və ya bankların ümumi öhdəliklərinin 1,4%-i qədər idi. --15В--
-
- İqtisadiyyat
- 20 Noyabr 2012 15:39
-
- İqtisadiyyat
- 20 Noyabr 2012 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz