Beynəlxalq maliyyə bazarlarında ticarət zamanı likvidliyin təmin edilməsi üzrə müqavilə imzalanıb
Bakı Fond Birjası oktyabrın 7-də “İnvest-AZ” (BFB üzvü) broker şirkəti ilə beynəlxalq maliyyə bazarlarında ticarət zamanı likvidliyin təmin edilməsi üzrə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “İnvest-AZ”BFB tərəfindən təqdim edilən MetaTrader 4 ticarət platformasında market meyker qismində çıxış edəcək.
Bu müqavilə ilə “İnvest-AZ” MMC təqdim edilən yeni platformada likvidlik təminatçısı tərəfindən ilkin olaraq 48 valyuta cütlüyü və 3 fərq müqaviləsi üzrə gündəlik olaraq alış və satış kotirovkalarını təqdim etmək öhdəliyi götürür.
Qeyd edək ki, qalan 2 marketmeyker (“Paşa Bank” və “Standard Kapital”) korporztiv qiymətli kağızların likvidliyinin təmin edilməsi üzrə xidmət təklif edir. 08D
-
- Cəmiyyət
- 8 Oktyabr 2013 11:09
-
- İqtisadiyyat
- 8 Oktyabr 2013 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz