Hökumət yaxın dörd ildə yüksək ÜDM artımı proqnozlaşdırır
Azərbaycan hökuməti prezident seçkiləri öncəsi 2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilərin proqnozunu açıqlayıb. Hesab edilir ki, ümumi daxili məhsulun artım tempi bu illərdə 5-6% olacaq və qeyri-neft sektorunun hesabına təmin ediləcək. Amma naməlum səbəbdən ÜDM-də özəl sektorun xüsusi çəkisi azalacaq.
İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, bu il ÜDM 54 740 mln manat olacaq. Bu, 2012-ci ildəkindən 4,5% çoxdur. 2014-cü ildə neft sektorunda ÜDM-in azalması 1,5% səviyyəsində qalacaq, ÜDM artımı 5,2% olacaq, deyə hökumət düşünür. Bu, qeyri-neft iqtisadiyyatında 10% artım hesabına mümkün olacaq. Qeyri-neft iqtisadiyyatının ÜDM-də xüsusi çəkisi 58,6%-dən (2013) 72,4%-ə artacaq (2017).
Hökumətin hesablamasına görə, 2014-cü ildə ÜDM strukturunda sənaye 42%, xidmət 33%, tikinti 12%, xalis vergi 7%, kənd təsərrüfatı 6% xüsusi çəkiyə malik olacaq.
İİN-ə görə, bu il özəl sektorun ÜDM-də payı 82,3 faiz olacaq, 2017-ci ildə 81,8%-ə düşəcək. Hökumət görünür hesab edir ki, dövlət (məsələn ARDNŞ-nin şəxsində) yenidən iqtisadiyyatın sükanı arxasına keçəcək. 08D
-
- İqtisadiyyat
- 8 Oktyabr 2013 12:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz