Bu il inflyasiya 3,3% proqnozlaşdırılır
İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, bu il istehlak qiymətlərinin Мartım indeksi 3,3% olacaq. Gələn il inflyasiya güclənəcək. Bu ilin 3 rübündə inflyasiya.2,3% olub.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2014-cü ildə inflyasiya 3,5% olacaq. 2015-2017-ci illərdə 3,8-4,1% təşkil edəcək, deyə hökumət düşünür.
2011-2012-ci illərdə ölkədə istehlak qiymətləri 7,9% və 1,1% artıb.
Hökumət hesab edir ki, 2013-cü ildə əhalinin pul gəlirləri inflyasiyanı iki dəfə (7%) qabaqlayacaq və 38,4 mlrd manat olacaq. Gələn il əhali 42 276,8 mln manat qazanacaq. 2017-ci ildə bu göstərici 55,9 mlrd manat olacaq. Bu, 2011-ci ilin göstəricisindən 83% çoxdur.
Bu ilin sonu üçün muzdlu işçilərin orta aylıq maaşı 440 manata çatacaq. 2014-cü ildə bu göstərici 479 manata çatacaq. Sonrakı 3 ildə maaş artımı hər il 4,5-4,9% olacaq.
-
- İqtisadiyyat
- 8 Oktyabr 2013 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz