Beynəlxalq Sığorta Şirkəti beynəlxalq mükafata layiq görülüb
“Beynəlxalq Sığorta Şirkəti” ASC Ingiltərənin nüfuzlu maliyyə nəşri olan International Finance Magazine (IFM) jurnalının 2013-cü ilin “Ən yaxşı sığorta şirkəti” nominasiyasının qalibi olub. Bu barədə jurnalın internet səhifəsində məlumat verilib. Mükafat dünya ölkələri üzrə iqtisadiyyatın maliyyə-bank sektorunda fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunub.
Bu barədə məlumat verərkən şirkətin İdarə Heyətinin sədri M.Məmmədov deyib: “Fərəhli haldır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanda bu mükafatı alan ilk sığorta şirkətidir. Bu da BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışmasının, Şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsinin nəticəsidir.”
Qeyd etmək lazımdır ki, Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyət göstərən 6 qurum müxtəlif nominasiyalarda bu mükafata layiq görülüb. Beynəlxalq Sığorta Şirkəti bu sırada yeganə sığorta şirkətidir. 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilən Beynəlxalq Sığorta Şirkəti hazırda fiziki və hüquqi şəxslərə 33 sığorta növü üzrə xıdmətlər göstərir.—15D--
-
- Cəmiyyət
- 3 Oktyabr 2013 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz