Beynəlxalq Sığorta Şirkəti ləğv edilir
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Gündəlikdəki yeganə məsələ ABB-nin törəməsi “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin fəaliyyətinə xitam verilməsidir.
Ümumi Yığıncaq oktyabrın 12-ə təyin edilib.
“Beynəlxalq Sığorta Şirkəti” ASC 2002-ci ildə yaradılıb. Səhmlərinin 100%-i ABB-yə məxsusdur.
2016-cı ilin I yarısında şirkətin ziyanı 1,5 mln manat olub. Bu il iyulun 1-i üçün şirkətin ödənilməmiş ziyanı 3,5 mln manata çatıb. 6 ayda şirkətin aktivləri 31,5 mln-dan 28,2 mln manata azalıb. 08D
-
- Cəmiyyət
- 5 Oktyabr 2016 17:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz