BFB-də əməliyyatların həcmi üç dəfə azalıb
2016-cı ilin 7 ayında investisiya və törəmə qiymətli kağızların alqı-satqısı üzrə əməliyyatın həcmi 2 mlrd. 239,3 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövründə olduğundan üç dəfə azdır, BFB bildirib.
Bu il dövlət qiymətli kağızları (Maliyyə Nazirliyinin istiqrazları) üzrə ümumi məbləği 296,6 mln. manat həcmində 125 əqd, o cümlədən onların yerləşdirilməsi üzrə 200,3 mln. manat həcmində 85 əqd bağlanıb. Əməliyyatların həcmi təxminən 16 dəfə artıb.
Yanvar-iyul aylarında borc qiymətli kağızlar bazarının həcmi 41,5 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövründə olduğundan 32 dəfə azdır. 2015-ci yanvar-iyul aylarında Azərbaycan İpoteka Fondu 31,2 mln. manat həcmində istiqraz yerləşdirib. Bu il AİF hələlik istiqraz yerləşdirməyib.
Səhmlər üzrə əməliyyatların həcmi 5,5 dəfə azalıb. Hesabat dövründə 26,3 mln. manat həcmində səhmin alqı-satqısı üzrə 1235 əqd bağlanıb. Onların 24,6 mln. manatı yerləşdirmənin payına düşür. 2015-ci ilin yanvar-iyul aylarında birjada 139 mln. manat məbləğində səhm yerləşdirilib.
İnvestorların törəmə qiymətli kağızlara marağı azalıb. Bu il onlar üzrə əməliyyatlar 1 mlrd. 874 mln. manat təşkil edib. Ötən il bu göstərici 5 mlrd. 443 mln. manat olub. 08D
-
- Cəmiyyət
- 12 Avqust 2016 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz