Kənd Təsərrüfatı Nazirliyində daha 64 vəzifəli şəxsə xidməti avtomobil verilib
Nazirlər Kabinetinin 9 avqust tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyində daha 64 vəzifəli şəxsə xidməti avtomobil veriləcək. Onlardan 7 nəfər mərkəzi aparatda çalışır.
İndi qurumun rəhbərlərinin xidmətində 19 minik avtomobili var. Beləliklə, KTN aparatı avtomobil sayına görə XİN-dən (24) sonra ikinci dövlət qurumudur.
Kənd Təsərrüfatı Nazirliyinin ərazi idarələrində xidməti avtomobillərin sayı 10-dan 60-a artırılıb. Bundan başqa, Dövlət Fitosanitar Xidməti və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi də hərəyə bir xidməti avtomobil əldə edib. Onların hərəsinin 3 xidməti avtomobili vardı.
Bu il KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılıb. Xidmətin aparatına xidməti avtomobil veriləcək.
Cəmi 68 dövlət strukturunun (Nazirlər Kabineti və Prezident Administrasiyası nəzərə alınmadan) 1800-dən çox xidməti avtomobili var. 08D
-
- İqtisadiyyat
- 12 Avqust 2016 14:54
-
- İqtisadiyyat
- 12 Avqust 2016 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz