BFB-də əqd həcmi 7 mlrd manatı keçib
Bakı Fond Birjası yanvar-sentyabrda bütün alətlər üzrə birja əqdlərinin dövriyyəsi barədə pres-reliz yayıb.
BFB-nin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,4 dəfə artaraq 7,366 milyard manat təşkil edib. Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 4,061 milyard manat (7,38 faiz azalma) təşkil edib. Korporativ qiymətli kağızlar bazarının dövriyyəsi isə 3,3 milyard manat (3,8 dəfə artım) olub.
Hesabat dövründə Maliyyə Nazirliyinin ilkin bazarda istiqraz yerləşdirilməsi həcmi 62 mln 560,24 min manat (mənfi 7,73%), təkrar bazarda 22 mln 277,14 min manat (+23,98%) olub.
AMB-nin qısamüddətli notlarının ilkin azarda yerləşdirilməsi həcmi 133 mln 73,32 min manat (mənfi 43,35%), təkrar bazarda 307 mln 811,96 min manat (artım 7 dəfə) olub.
Repo əməliyyatlar 3 mlrd 536 mln 224,18 min manat (azalma 12,06%) təşkil edib.
Korporativ istiqrazların yerləşdirilməsi həcmi 1 mlrd 894 mln 215,06 min manat (artım 22,67 dəfə), təkrar bazarda 604 mln 408,83 min manat (+31,86%) olub.
Birjada 802 mln 126,46 min manatlıq (artım 2,48 dəfə), təkrar bazarda 3 mln 412,73 min manatlıq səhm (mənfi 76,07%) yerləşdirilib. --17D—
-
- İqtisadiyyat
- 9 Oktyabr 2014 15:33
-
- İqtisadiyyat
- 9 Oktyabr 2014 16:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz