Sankt-Peterburqdan olan iş adamları Bakıdan investisiya gözləyir
Oktyabrın 16-da Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Biznes forum Sankt-Peterburqdan olan iş adamlarının Azərbaycana səfəri çərçivəsində keçiriləcək.
Bu, Rusiya sahibkarlarının ölkəyə ilk səfəri deyil. Mayda Udmurtiya və Kaluqa vilayətinin hökumət üzvləri Bakıya gəlmişdi. Daha böyük nümayəndə heyəti isə Moskva elm, sənaye və Sahibkarlı departamentinin rəhbərinin müavini Knyazevin iştirakı ilə olub.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Rusiyanın 15 şirkətinin nümayəndələri iştirak edəcəklər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb. . --17D—
-
- İqtisadiyyat
- 9 Oktyabr 2014 15:48
-
- İqtisadiyyat
- 9 Oktyabr 2014 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz