BFB təşəbbüskarlığa görə mükafatlandı
Bakı Fond Birjası (BFB) “Ən yaxşı müştəri xidmətləri təşəbbüsü” nominasıyası üzrə mükafata layiq görülüb. Mükafatın təqdimetmə mərasimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olacaq.
Londonda nəşr edilən “İnternational Finance Magazine” jurnalı Listinq Məsləhət Proqramına görə bu mükafatı verib. Proqramın rəsmi təqdimatı bu ayın sonunda Bakıda keçiriləcək. BFB marketinq departamentində Turan-a bildiriblər ki, LMP çərçivəsində potensial şirkətlərin və emitentlərin müəyyən olunub, bu il bir şirkət öz səhmlərini listinqə çıxaracaq.
LMP kapital bazarlarında maliyyələşmə imkanlarının təşviqi, potensial şirkətlərin və emitentlərin müəyyən olunması, onlara əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində peşəkar dəstəyin göstərilməsini hədəfə alıb. İki dildə üç broşür hazırlanıb. Onlarda səhmlərin kütləvi satışının üstünlüyü barədə informasiya verilir.
BFB 2000-ci ildən fəaliyyət göstərir. Hələlik birjanın birinci səviyyə listinqində bir şirkət (“DəmirBank”) var. Bankın səhmləri birjada 22 qəpiyə kotirovka olunur. Onların nominalı 20 qəpikdir. 08D
-
- İqtisadiyyat
- 3 Oktyabr 2013 15:56
-
- Siyasət
- 3 Oktyabr 2013 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz