Caspian Money Transfer bank kartına birbaşa köçürməni mümkün edib
“Caspian Money Transfer” pul köçürmə sistemi və “MilliKart” MMC prosessinq mərkəzilə inteqrasiyasını uğurla yekunlaşdırıb. Bu inteqrasiya nəticəsində “Caspian Money Transfer” pul köçürmə sistemi vasitəsilə xarici ölkələrdən Azərbaycana köçürülən pulları plastik kart sahiblərinin hesablarına yönəldiləcək. Bu, o deməkdir ki, müştərilər evdən çıxmadan ona köçürülən məbləği plastik kartdan istifadə edə bilər. Bu xidməti hələ ki “Zaminbank”ın plastik kart sahibləri istifadə edə biləcəklər.
“Caspian Money Transfer” pul köçürmə sistemi 2006-ci ildə “Zaminbank” tərəfindən yaradılıb və dünyanın istənilən ölkəsinə pul köçürmək imkanına malikdir. Sistem çərçivəsində əməliyyat 5 dəqiqə çəkir, komissiya 1-1,5%-dir. Xidmət məntəqələrinin sayı 190 ölkə üzrə 200 minə yaxındır. Ölkənin 43 bankından 24-ü sistemin agentidir. --15B--
-
- İqtisadiyyat
- 3 Oktyabr 2013 16:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz