Bir sıra malların idxal rüsumu və idxal ƏDV-dən azad edilməsi müddəti üç il uzadılıb
Nazirlər Kabineti 13 noyabrda (№327) bir sıra malların idxal vergisi və idxal ƏDV-dən azad edilməsi barədə qərar qəbul edib. Qərar kənd təsərrüfatı və aqrar-sənaye kompleksinə kömək məqsədi daşıyır.
2011-ci ilin yanvarında hökumət №17 qərarla 1 martdan 3 il müddətinə bir sıra malları idxal rüsumu və idxal ƏDV-dən azad etmişdi. İndi hökumət müddəti 3 il də uzadıb.
Xatırladaq ki, idxal rüsumu və idxal ƏDV-dən cins iribuynuzlu mal-qara, cins keçi və davar, 185 q-dan ağır olmayan toyuq, soya və paxla toxumu azad edilmişdi. İdxal rüsumundan həmçinin günəbaxan, şəkər çuğunduru, bir sıra yem bitkilərinin toxumu, gübrələr, kənd təsərrüfatında istifadə edilən kimyəvi preparatlar azad olunmuşdu.
Buraya kənd təsərrüfatı məhsullarının quruducuları, süd separatorları, su doldurulması, ərzaq istehsalı üçün istifadə edilən butulkaların yuyulması və qurudulması avadanlıqları, ərzaq istehsalında istifadə edilən avadanlıqların ehtiyat hissəsləri daxil olunub.
Hökumət kənd təsərrüfatı və aqrar-sənaye kompleksinə kömək məqsədi daşıyan sənədin səmərəsi barədə informasiya vermir. Hökumət ərzaq təhlükəsizliyi üçün kənd təsərrüfatı məhsullarının və onların emalının maksimuma çatdırılmasını və ixrac potensialının artırılmasını planlaşdırır. 08D
-
- İqtisadiyyat
- 20 Noyabr 2013 11:50
-
- Siyasət
- 20 Noyabr 2013 12:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz