Birinci yarım ildə qeyri-neft ÜDM 11,3% artıb
2012-ci ilin yanvar-iyununda Azərbaycanda ümumi daxili məhsul istehsalı 25.9 milyard manata çatıb. Bu, ötən ilin eyni dövründəkindən müqayisəli qiymətlərlə 1,5% və ya 369.2 milyon manat çoxdur. Bu barədə Turan-a Dövlətstatkomda bildiriblər.
ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 47,8% olub. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 11.3 faiz artıb, neft sektorunda isə 6.4 faiz azalıb.
ÜDM-in 67.7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54.0 faizi sənayedə, 9.2 faizi inşaat kompleksində, 4.5 faizi kənd təsərrüfatında yaradılıb.
Adambaşına ÜDM orta hesabla 2828.0 manat (3597.5 ABŞ dolları) təşkil edib. 08D
-
- Siyasət
- 17 İyul 2012 17:50
-
- İqtisadiyyat
- 17 İyul 2012 18:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz