Birjadankənar fond bazarı coşub
Bu ilin oktyabrında birjadankənar bazarda qiymətli kağızların nominalı üzrə 3,7 mln manatlıq 37 əqd bağlanılıb. Bu, 2011-ci ilin eyni dövründəkindən 4 dəfə çoxdur. 2012-ci ilin sentyabrı ilə müqayisədə birjadankənar seqmentdə fond bazarı 5,4 dəfə artıb, deyə Milli Depozit Mərkəzinin məlumatında bildirilir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin «xidməti» sayəsində 2012-ci ilin martından birjadankənar bazarda proseslər qeyri-şəffaf olub. Ona görə əqdlərin hansı qiymətli kağızlarla olduğu bilinmir, halbuki yanvar və fevralda Bakı Fond Birjası hər gün məlumatları açıqlayırdı.
MDM-in məlumatına görə, oktyabrda birja platformasında təkrar bazarda əməliyyat həcmi 32,8 mln manat (2011-ci ilin oktyabrı ilə müqayisədə - 40%), qiymətli kağızların yerləşdirilməsi üzrə 17,4 mln manat olub (-35%). 08D
-
- İqtisadiyyat
- 12 Noyabr 2012 14:43
-
- Cəmiyyət
- 12 Noyabr 2012 15:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz