Birjadankənar səhm bazarı 92% artıb
Bu ilin iyulunda investisiya qiymətli kağızların birjadankənar bazarında qeyri-maliyyə şirkətlərinin 2,3 mln manat qiymətində 1 223 237 səhminin alqı-satqısı üzrə əqd imzalanıb. Bazarda aktivlik artıb, amma səhmdarlar hansı səhmlərin populyar olduğunu bilmir.
Bakı Fond Birjası birjadankənar səhm bazarı üzrə ümumi məlumatı açıqlayıb. Ona əsasən, ötən ayla müqayisədə alqı-satqı predmeti olan səhm sayı 2,2 dəfə artıb. Qiymət ifadəsində birjadankənar bazarın həcmi 92% artıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin adlı investisiya qiymətli kağızların alqı-satqı əqdlərinin bağlanması qaydalarına zidd olaraq BFB konkret əqdlər barədə məlumat açıqlamır.
30 iyundan 31 iyula kimi sənaye müəssisələrinin 278 472, başqa müəssisələrin 999 765 səhminin alqı-satqısı üzrə əqd imzalanıb. BFB birjadankənar əqdlərin sayı barədə də məlumat vermir, onların çoxu insayder xarakteri daşıyır. QKDK BFB-nin qanunsuz hərəkətlərinə göz yumur və Turan agentliyinin bu barədə sorğularına cavab vermir. 08B
-
- Siyasət
- 7 Avqust 2013 17:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz