Birləşməklə bağlı danışıqlar prosesinə daha 6 bank qoşulub
Yerli KİV-də bəzi bankların, o cümlədən ötən həftə lisenziyası ləğv olunan bankların birləşmək planı barədə məlumatlar yayılıb.
İddia edilir ki, altı bankın birləşməsi nəticəsində iki bank yaranacaq. Danışıqları bir tərəfdən "NBCBank", "Kredobank" və "Parabank", digər tərəfdən "AtraBank", "Günaybank" və "Qafqaz İnkişaf Bankı" aparır. Mərkəzi Bank birləşməyə ilkin razılıq verib.
Maraqlıdır ki, ləğv edilənlərlə yanaşı, fəaliyyətdə olan bəzi bankların da məcmu kapitalla bağlı problemi var.
Bir qədər əvvəl “AGBank” ASC və “Dəmirbank” birləşmək niyyətini açıqlayıb.
Bank sektoru sahəsində hüquqşunas Əkrəm Həsənov Turan-a bildirib ki, bankların, o cümlədən lisenziyası ləğv edilən bankların birləşməsi üçün hüquqi maneə yoxdur.
AR “Banklar haqqında” qanunun 29-cu maddəsinə əsasən, bunun üçün AMB-nin yazılı razılığı yetərlidir.
Xatırladaq ki, ötən həftə AMB "NBCBank", "AtraBank", "Qafqaz İnkişaf Bankı", “Yunayted Kredit Bank” və “Gəncə Bank”ın lisenziyalarını ləğv edib. 08B
-
- Cəmiyyət
- 2 Fevral 2016 13:39
-
- İqtisadiyyat
- 2 Fevral 2016 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz