Bolqarıstan Azərbaycan qazının öz ərazisilə nəqlində çox maraqlıdır
Bolqarıstan Azərbaycan qazının öz ərazisilə nəqlində çox maraqlıdır. Bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bolqarıstan əsasən Yunanıstanla interkonnektoru genişləndirməlidir ki, öz ərazisindən qazı nəql etmək mümkün olsun.
“Biz Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan qazının Bolqarıstana nəqlinin vacibliyi barədə dəfələrlə danışmışıq. Bundan əlavə, Bolqarıstan və Azərbaycan yaxşı, dost münasibətlərə malikdir”, - B.Borisov vurğulayıb.
IGB (Yunanıstan-Bolqarıstan interkonnektoru) qaz kəməri Bolqarıstanın Azərbaycan qazını almasına, əsasən “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsində hasil edilən qazın alınmasına imkan verəcək.
Gözlənildiyi kimi, IGB Tranadriatik qaz kəmərinə qoşulacaq. Bunun vasitəsilə sözügedən yataqdan qaz Avropa bazarlarına nəql ediləcək.
2014-cü ilin yanvarında ТАР və ICGB konsorsiumları arasında texniki əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd Komotini (Yunanıstan) ətrafında boru kəmərlərinin birləşdirilməsi imkanları üzərində birgə işləyəcək iki şirkət arasında əməkdaşlıq imkanları təqdim edir. Bu, Bolqarıstann qaz-paylaşdırıcı şəbəkəsinə, sonra isə Cənub-Şərqi Avropaya yeni qaz nəqlinə yollar açacaq.—0--
-
- İqtisadiyyat
- 15 İyul 2015 12:39
-
- Söz istəyirəm
- 15 İyul 2015 13:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz