- Söz istəyirəm
- 15 İyul 2015, 13:23
- 184
Rauf Mirqədirovun ad qününə
Bugünoğlumunadgünüdür. Adətən ad günləri ailə üçün bayram sayılır. Bizim isə ürəyimiz sıxılır. Nə yatmaq, nə də yemək istəyirsən, gözlərin yol çəkir, fikirlərin qarışır.
Ailədir, birinin bir yeri ağrayanda hamının canı yanır. Eləbil hələdə qorxulu bir yuxunun içindəsən. Oyanmaq istəyirsən. Bacarmırsan. Qan-tər içində çabalayırsan. Olub keçənlər kino lenti kimi dəyişir: Rauf tutulub, qolları qandallıdır, qəfəsdədir.
Mənim ziyalı oğlum, əli qələm tutan oğlum, vətənini sevən oğlum. Yenədə bir söz demir. Şikayət etmir. Rauf tutulandan bəri dövlətini hörmətdən sala biləcək bir söz belə dilinə gətirməyib. Orada da vətəninin nüfuzunu qoruyur, müstəqilliyini düşünür. Raufdu bu! O dəyişmir.
Arıqlayıb, gözləri zəifləyib, təyziqi oynayır, başının ağrısından yata bilmir. Mənim, intellekti bir dünyaya sığmayan oğlum, indi bir otağa necə sığar axı ?
Allah-taala heçbir anaya mənim çəkdiklərimi çəkdirməsin. Heç bir ailəni belə bir dərdə salmasın! Heç bir ataya belə bir müsibəti göstərməsin!
Allah-taala övladlarımızı düşmənlərimizin fitnə-fəsadından, şərdən, iftiradan qorusun. Tanrı vətənimizi, dövlətimizi, müstəqilliyimizi qorusun. Rauf kimi peşəkar, isdedadlı, əqidəli oğullarda öz intellektlərinin gücü ilə dövlətimizi daha da qüdrətli etsinlər.
Rəfiqə Mirqadirova
-
- İqtisadiyyat
- 15 İyul 2015 12:43
-
- Cəmiyyət
- 15 İyul 2015 13:57
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz