TAP-ın tərkibində öz payını satmaq istəyən şirkətlər var
Transadriatik qaz kəməri (TAP) səhmdarlarının sırasında öz payını İtaliyanın Snam qaz-nəqliyyat şirkətinə satmaq istəyən şirkətlər var. Bu barədə şirkətin icraçı direktoru Karlo Malakarne İtaliyanın Corriere della Sera qəzetinə bildirib.
Onun sözlərinə görə, layihədəki 20 faizlik pay 400 milyon dollara yaxın edir.
“Bu qiymət bazardakı indiki vəziyyətə uyğundur. Biz 2030-cu ilədək Avropada qaz istehlakının artımının şahidləri olmayacağıq. Köhnə yataqlardan cari hasilatı yeni mənbələrlə əvəzləmək lazımdır”, - Malakarne vurğulayıb.
O əlavə edib ki, Avropa Rusiyadan qaz idxalını azaltmamalı, lakin onun idxalı üçün yeni tərəfdaşlar axtarmalıdır.
“Biz harada qaz var oradan almalıyıq: Qafqazda, perspektivdə İranda, Şimali Afrikada”, - direktor vurğulayıb.
ТАР layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir. Bu, Avropaya karbohidrogen nəqli mənbələrinin diversifikasiyasına və enerji təhlükəsizliyinin artırılmasına, Azərbaycana isə Avropanın timsalında yeni qaz bazarı əldə etməyə imkan verəcək.
TAP-ın səhmdarları: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və AXPO-dur (5%). –0--
-
- İqtisadiyyat
- 15 İyul 2015 12:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz