«Bonaqua» suyunun pərakəndə satış qiyməti endirilib
Azerbaijan Coca-Cola Bottlers şirkəti yay mövsümü ilə əlaqədar olaraq qazlı və qazsız “Bonaqua” suyuna yeni qiymətlər elan edib.
Yay mövsümü ilə əlaqədar olaraq 0,5 litrlik qazlı və qazsız “Bonaqua” suyunun tövsiyə olunmuş satış qiyməti 40 qəpikdən 30 qəpiyə endirilib. 5 litrlik qablaşdırmada daha öncə 1,70 manata təklif olunan “Bonaqua” suyunun tövsiyə olunmuş satış qiyməti isə hazırda 1,20 manat təşkil edir, deyə şirkətdə Turan-a bildiriblər.
“Bonaqua” məhsullarının istehsalı prosesində tanınmış Şollar suyundan istifadə edilir.
“Azerbaijan Coca-Cola Bottlers” 1994-cü ildən “Coca-Cola” şirkətinin məhsullarının rəsmi istehsalçısıdır. 08D
-
- İqtisadiyyat
- 14 İyul 2016 15:26
-
- Siyasət
- 14 İyul 2016 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz