Azərbaycanda rəsmi işsizlər 5642 nəfər artıb
İyulun 1-i üçün Məşulluq Xidməti ölkədə 34 519 nəfərə işsiz statusu verib. Bunun 37,8%-i qadınlardır. Ay ərzində 478 nəfər işsiz statusu alıb, deyə Dövlətstatkom bildirir.
İlin əvvəli ilə müqayisədə işsizlərin sayı 5642 nəfər artıb. Bu, özəl müəssisələrdə iş yerlərinin bağlanması ilə əlaqədardır.
Bakıda 15 232 nəfər rəsmi işsiz var. Statistikaya inansaq, Naxçıvan MR-da işsizlər yoxdur. Nə ilin əvvəlində, nə də bu gün burda heç kəsin işsiz statusu olmayıb. Halbuki NMR-da Məşulluq İdarəsinin Naxçıvan şəhəri və 7 rayonda məşulluq mərkəzi var.
İyulun əvvəli üçün Azərbaycanda 9 min 96 nəfər işsizlik müavinəti alır. İlin əvvəlində onların sayı 1543 nəfər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, müavinətlərin orta məbləği 248,1 manatdır.
DSK-nın məlumatına görə, 1 iyul 2016-cı il üçün Beynəlxalq Əmək Təşkilatının metodologiyası üzrə ölkədə 245,2 min nəfər işsiz sayılır. İqtisadi aktiv əhalinin sayı isə 4 mln 953,1 min nəfərdir. Bu, ilin əvvəlindəkindən 37,8 min nəfər çoxdur.
Maraqlıdır ki, ötən bazar ügün dövlət başçısı bu ilin 6 ayında 78 min yeni iş yerlərinin açıldığını bəyan edib. 08B
-
- İqtisadiyyat
- 14 İyul 2016 13:48
-
- İqtisadiyyat
- 14 İyul 2016 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz