Gömrük mədaxili ay ərzində 30% azalıb
Bu ilin iyununda Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 144,8 mln manat köçürülüb. Bu, apreldən bu vaxtadək ən aşağı göstəricidir.
DGK-nın məlumatına görə, iyunda gömrük mədaxili 61,5 mln manat və ya 30% azalıb.
Maraqlıdır ki, DGK iyunda rekord həcmdə – 60 mln 270,8 min manat gömrük rüsumu toplayıb.
Bu il DGK-nın gömrük vergisi və rüsumu planı 1 590 mln manatdan 1 810 mln manata artırılıb. Altı ayda qurumun xətti ilə dövlət büdcəsinə 995,3 mln manat köçürülüb. Bu, 2015-ci ilin eyni dövründəkindən 30% çoxdur. İdxal həcmi azalsa da, gömrükçülər ABŞ dollarının manata nisbətən möhkəmlənməsi sayəsində büdcə öhdəliklərinə əməl edirlər. 08B
-
- Cəmiyyət
- 14 İyul 2016 13:43
-
- İqtisadiyyat
- 14 İyul 2016 15:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz