BP-Azerbaijan Xəzərdəki ən köhnə platformada hasilatı dayandıracaq
BP-Azerbaijan yayda “Çıraq” yatağında profilaktik işlər planlaşdırır, deyə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell jurnalistlərə bildirib.
«Hazırda «Qərbi Azəri»dəki profilaktik işlər sona yaxınlaşır. 1-2 aydan sonra “Çıraq” yatağında profilaktik işlər planlaşdırırıq”,- deyə o qeyd edib.
Qordon Birrell deyib ki, «Qərbi Azəri»dəki profilaktik işlər AÇG-də sutkalıq hasilat həcminə təsir edir.
«Amma bu, illik proqnoza təsir etmir, çünki platformanın dayandırılması və profilaktik işlər planlı xarakter daşıyır»,- deyə Qordon Birrell bildirib.
ВР 21 may 2015-ci ildə «Qərbi Azəri» yatağında profilaktik, təftiş və layihə işləri ilə bağlı 22 günlüyə işləri dayandırıb
Əvvəllər məlumat verildiyi kimi, bu ilin I rübündə “Çıraq” yatağında sutkada 54 min barrel, «Qərbi Azəri» yatağında 129 min barrel neft çıxarılıb.
2014-cü ildə AÇG blokundan 31,5 mln ton neft hasil edilib. Bu il proqnoz 30,3 mln tondur (SOCAR-ın məlumatı). –12В—
-
- İqtisadiyyat
- 9 İyun 2015 13:22
-
- İqtisadiyyat
- 9 İyun 2015 14:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz