- İqtisadiyyat
- 9 İyun 2015, 14:07
- 198
Azərbaycan fermerləri traktorları qiymətindən iki dəfə baha alır
Bu ilin I rübündə Minsk Traktor zavodu Azərbaycana 272 təkərli traktor göndərib. Onlar zavod qiymətindən iki dəfə baha satılır.
Belarus Statistika Komitəsinin məlumatına görə, Azərbaycan $5 mln 50,1 min məbləğində və ya 1 ədəd $18 567-dan texnika alıb. Bu ilin I rübündə Azərbaycan gömrüyündən 266 «Belarus» traktoru keçib. Onların biri $21 863-a sənədləşdirilib. “Aqrolizinq” ASC (http://agrolizing.gov.az/upload/t.texnika.pdf) bu texnikanı fermerlərə 35 700 manata satıb. Hökumətin qərarına əsasən, fermerlər texnikanı lizinqə alanda qiymətinin 20%-i beh verməlidir. Texnikanın qiymətinin 40%-i dövlət ödəyir və fermer bir neçə il ərzində “Aqrolizinq” ASC ilə hesablaşır.
2013-cü ildə Azərbaycan Belarusdan $ 24 mln 247,4 min məbləğində 1168, 2014-cü ildə 1028 ($27 235,7 min) təkərli traktor alıb.
Belarusdan traktoru «Gəncə Avtomobil zavodu» alır. Traktorlar orda yığılır. Sonra Gəncə zavodu bu texnikanı fermerlərə lizinqə satmaq üçün “Aqrolizinq” ASC-yə verir. 08B
-
- İqtisadiyyat
- 9 İyun 2015 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz