Tehranda IV Beynəlxalq “INOTEX-2015” İnnovasiyalar və Texnologiyalar sərgisi başlayıb. Azərbaycanın İT şirkətləri sərgidə təmsil olunur, deyə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verir.
Nazirliyin məlumatına görə, məqsəd sərgi iştirakçılarını Azərbaycan iqtisadiyyatı ilə tanış etmək, telekommunikasiya və yeni texnologiyalar sahəsində ən yeni texniki həllərin təqdimatını həyata keçirməkdir.
Sərgidə 20 ölkədən 500-ə yaxın şirkət iştirak edir. Sərginin əsas bölmələri innovativ texnologiyalar, neft-qaz və neft-kimya sənayesi üçün qurğular, yüksək texnoloji tibb və bio-tibbi mühəndislik, sənaye avtomatlaşdırılması və intellektual sistemlər, biotexnologiyalar, nanotexnologiyalar, bərpa edilən energetika, avia-kosmik texnologiyalar, tibbi və laboratoriya cihazları, aksesuarlar, infrastrukturlar, geologiya və yeni materiallar, optika, fotonika və lazerlərdir. --17D—
-
- İqtisadiyyat
- 9 İyun 2015 14:07
-
- İqtisadiyyat
- 9 İyun 2015 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz