BVF özəlləşməni sürətləndirməyi tövsiyə edir
Beynəlxalq Valyuta Fondu maliyyə sabitliyini təmin etmək üçün Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsini sürətləndirməyi tövsiyə edir. Bakıda işgüzar səfərdə olan BVF missiyasının rəhbəri Raca Almarzoqi belə deyib. BVF Beynəlxalq Bankın həcminin kiçildilməsi və müfaviq qaydada şəffaf formada özəlləşdirilməsinə yol açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun restrukturizasiyasında israr edir.
«AMB-i nəzarət etdiyi təsisatın natamam sahibi kimi qəribə bir vəziyyətə salan Azərbaycan Beynəlxalq Bankına verilən subordinasiya kreditləri banklar üzərində nəzarəti çətinləşdirir», deyə BVF-də hesab edirlər.
Qeyd edək ki, dövlət ABB-də 51% səhmə nəzarət edir. Bir neçə il öncə hökumət yenidən dövlətin payının özəlləşdirilməsinə başlayıb. Bu məqsədlə beynəlxalq hüquq və auditor şirkətlərindən ibarət konsorsium cəlb edilib. 2013-cü ildə proses dayandırılıb. Formal səbəb kapitallaşma artımı idi. Amma o da məlum idi ki, hakimiyyətin müəyyən eşelonlarında bu ideyaya müqavimət göstərilir.
Bu ilin mart-mayında problemli kreditlərlə bağlı ABB ətrafında ciddi proseslər gedib. Onların həcminin bir neçə mlrd dollar olduğu deyilir. Hüquq mühafizə orqanları kreditlərin qaytarılmasına cəlb edilib və onların bir hissəsi qaytarılıb. 08D
-
- İqtisadiyyat
- 9 İyun 2015 14:09
-
- Cəmiyyət
- 9 İyun 2015 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz