BP ili uğurla başa vurur
BP şirkəti Azərbaycanda builki fəaliyyətini uğurlu sayır. BP-Azerbaijan prezidenti Qordon Birrel jurnalistlərə belə deyib.
Onun sözlərinə görə, əmək mühafizəsi, əməliyyatların təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, məşəllərdə qaz yandırılması və lay sularının idarə edilməsində uğurlu fəaliyyətləri olub.
"Hasilat nəticələrindən də razıyıq. İlin sonu yaxınlaşdıqca əmin oluruq ki, plan artıqlaması ilə yerinə yetiriləcək",- deyə Birrel qeyd edib. Amma o, dəqiq rəqəm deməyib.
Turan informasiyalı mənbələrdən öyrənib ki, BP-Azerbaijan-ın proqnozuna görə, 2014-cü ilin sonu üçün AÇG çərçivəsində orta sutkalıq neft hasilatı həcmi 620 min barrel olacaq, amma şirkət bu göstəricinin 630 min barrel olacağına inanır.
ВР şirkəti Azərbaycanda neft hasilatı üzrə AÇG layihəsinin, qaz hasilatı üzrə “Şahdəniz” layihəsinin, kəşfiyyat üzrə “Şəfəq” və “Asiman” yataqlarının, həmçinin BTC, Bakı-Supsa neft, Cənubi Qafqaz qaz kəməri layihəsinin operatorudur. –12В—
-
- İqtisadiyyat
- 1 Dekabr 2014 12:53
-
- İqtisadiyyat
- 1 Dekabr 2014 13:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz