Brent markalı neftin qiyməti $47-dan aşağı enib
Dünya bazarında neftin qiyməti enməkdə davam edir. Son hərraclarda Brent markalı neftin qiyməti bir barelə görə $46,92-ə enib.
Amerikanın WTI neftinin qiyməti bir barelə görə 41 dollara enib. Analitiklər tezliklə $30-a düşəcəyini bildirirlər.
Ucuz neft bütün dünyada istehlakçılar və biznes nümayəndələri üçün əlverişli ola bilər. Lakin eyni zamanda bu, istehsalçılar üçün problemə çevriləcək.
Citigroup Inc analitikləri durumu nəzərə alaraq bildirirlər ki, 90% ehtimal var ki, neft 30 dollara ensin.
Analitiklərin çoxu hesab edir ki, yaxın vaxtlarda neftin qiyməti aşağı həddə ensə də gələn ilin sonları üçün yenidən bir barelə görə $70-ə qalxa bilər. -02D-
-
- Dünyada
- 20 Avqust 2015 14:49
-
- İqtisadiyyat
- 20 Avqust 2015 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz