Qazaxıstan tenqesi 35,5% ucuzlaşıb və azad üzən məzənnəyə keçib
Qazaxıstan tenqesi 26% ucuzlaşıb və azad üzən məzənnəyə keçib, deyə RBK məlumat verir. Qazaxıstan Fond Birjasında (KASE) keçirilən hərraclarda tenqenin məzənnəsi 66,88 tenqe azalaraq 1 dollar üçün 255,26 tenqe təşkil edib.
Hərrac həcmi $115,55 min olub. Orda 25 bank iştirak edib. 20 avqust üçün 188,38 tenqe $1-dır.
«Radio Svoboda» bildirib ki, dünən dünən 1 dollar 189-dan 198 tenqeyə bahalanıb.
Qazaxıstan 20 avqustdan azad üzən məzənnəyə keçib. Baş nazir Kərim Məsimov deyib ki, tenqenin məzənnəsi dünya iqtisadiyyatında və daxili bazarda vəziyyətdən asılı olacaq. Mərkəzi Bank məzənnəyə müdaxilə etməyəcək.
RBK bildirir ki, prezident Nursultan Nazarbayev neftin barrelinin $30–40 dollar olmasına hazırlaşmaq lazımdır. O qeyd edib ki, yaxın illərdə inkişaf etməkdə olan ölkələrin investisiya və kapitala çıxışı məhdud olacaq. Etiraf edib ki, Çin və RF-dən tələbat azaldığı üçün Qazaxıstan məhsullarının satış imkanı azalır. –0-
-
- İqtisadiyyat
- 20 Avqust 2015 15:06
-
- Cəmiyyət
- 20 Avqust 2015 15:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz