Britaniyalılar aktivlərin idarə edilməsini öyrədəcək
İyulun 7-dən Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu Britaniya Standartlar İnstitutu (BSİ) ilə birgə aktivlərin idarə edilməsi sistemi tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə təlimlər keçirəcək.
Təlimlərdə aktivlərin idarəedilməsinin əsaslarını, İSO 55001 standartına tələblər barədə geniş iformasiya veriləcək. Təlimlərin əsas məqsədi iri şirkətlərin infrastrukturunun, aktivlərinin effektiv idarəedilməsinin yüksəldilməsi istiqamətləri barədə məlumatları iştirakçılara çatdırmaqdır.
İSO 55001 “Aktivlərin idarə edilməsi sistemi”standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən bu ilin yanvarında qəbul edilib. Bu standart PAS 55 əsasında ilk dəfə 2004-cü ildə Aktivlərin idarəedilməsi üzrə Britaniya İnstitutu və Britaniya Standartlar İnstututnun birgə əməkdaşlığı nəticəsində meydana gəlib. Bu standart biznesin strateji məqsədlərinə nail olmaqda müəssisələrə öz aktivlərindən effektiv və səmərəli istifadə etmə yollarını göstərir. Təlimlər geniş infrastruktura malik iri dövlət və qeyri dövlət şirkətlərinin rəhbərləri və əməkdaşları üçün nəzərdə tutulub və 10 iyulda başa çatacaq. Təlimlərin sonunda imtahan keçiriləcək və onu uğurla başa vuran iştirakçılar beynəlxalq sertifikatlarla təltif olunacaq. 08D
-
- İqtisadiyyat
- 1 İyul 2014 15:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz