BTC ilə tranzit neftinin nəqli iki dəfə artıb
2014-cü ilin 9 ayında Bakı-Tbilisi-Ceyhan ilə 4 mln ton tranzit nefti nəql edilib. Ötən ilin eyni dövründə bu göstərici 2,1 mln ton idi. Bu barədə Dövlətstatkom məlumat verir.
“Bu dövrdə Səngəçaldan ВТС ilə 4 mln ton tranzit nefti nəql edilib”, – deyə DSK bildirir.
2013-cü ildə ВТС ilə 3,3 mln ton, 2012-ci ildə 3,1 mln ton tranzit nefti nəql edilib.
2010-cu ilin iyulundan ВТС ilə türkmən, 2013-cü ilin noyabrından Qazaxıstan nefti nəql edilir. Bu ilin mayında Lukoyl şirkəti 30 min ton nefti BTC ilə nəql edib. –12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz