- İqtisadiyyat
- 13 Yanvar 2015, 13:24
- 154
Bu il yol vergisinə görə yığımlar 3,5 dəfə artıb
Vergilər Nazirliyinin hesablamasına görə, yanvarın 1-də Vergi Məcəlləsinə sıra vergilərin artırılmasını nəzərdə tutan dəyişikliklər nəticəsində 2015-ci ildə dövlət büdcəsinə daxilolmalar 165 mln manat artacaq.
Məlum olduğu kimi, bu ildən idxal edilən avtonəqliyyat vasitələrinə, həmçinin yerli və xarici istehsalı olan spirtli içkilərə, bahalı metallara və daşlara görə aksizlər artırılıb. Birbaşa yol vergisi ləğv edilib və yanvarın 13-dən satılan yanacağın qiymətinin üzərinə gəlib (1 litrə görə 0,02 manat).
Maliyyə Nazirliyinin proqnozlarına görə, nəticədə təkcə yol vergisinə görə dövlət büdcəsinə yığım 78 mln manat təşkil edəcək.
2015-ci ildə bu vergi ilə dövlət büdcəsinə 67,6 mln manat, o cümlədən Dövlət Gömrük Komitəsinin xətti ilə 17,6 mln manat yığılması proqnozlaşdırılırdı.
2014-cü ildə Vergilər Nazirliyi yol vergisindən 22,3 mln manat yığıb, bu da 2013-cü ildən 8% azdır. Bu rəqəmlər göstərir ki, hökumət hələ ötən ilin oktyabr-noyabr aylarında dövlət büdcəsi layihəsi hazırlananda benzinin və dizel yanacağının qiymətinin artırılmasına hazırlaşırdı. 08B
-
- İqtisadiyyat
- 13 Yanvar 2015 13:06
-
- İqtisadiyyat
- 13 Yanvar 2015 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz