Büdcə müəssisələrinə 2,6 mln manatlıq rabitə xidmət göstərilib
Bu ilin I rübündə büdcə müəssisələrinə 2,6 mln manatlıq rabitə (+36,8%) xidməti göstərilib, - deyə Dövlətstatkom bildirir.
Kommunal və telekommunikasiya xidmətinin həcmi 32,2 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 4,2%) olub. Mütləq rəqəmlərdə belədir: elektrik enerjisi istehlakı –306,1 mln kVt/saat üçün 18,3 mln manat (mənfi 12%), 5,4 mln kubmetr su üçün 4,4 mln manat (mənfi 11,8%), 64,1 min giqakalori istilik üçün 1,8 mln manat (+0,9%), 51,1 mln kubmetr qaz üçün 5,1 mln manat (+10,1%).
Turan əvvəllər yazmışdı ki, büdcə təşkilatları kommunal və telekommunikasiya xidmətləri üzrə 8,2 mln manat (25,5%) borclu qalıb. Ən çox borc elektrik enerjisi üzrə - 4,8 mln manat və qaz üzrə (1,7 mln manat) olub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz