
Buğda idxalı 49,4% artıb
Bu ilin I yarısında Azərbaycana 800,5 min ton buğda idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 264 min ton və ya 49,5% çoxdur.
Buğdanın təxminən 94%-i Rusiyadan alınıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Təkcə bu ilin II rübündə xaricdən 305 min ton buğda alınıb.
Bir ton buğda idxalçılara $234,3-a başa gəlib. Bu, 2014-cü ilin eyni dövründəkindən 10% azdır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il Azərbaycanda 1 mln 687 min ton buğda istehsal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 243 min ton və ya 16,8% çoxdur. Məhsuldarlıq 31,3 s/ha və ya ötən ilkindən 7,4 s/ha çox olub. 08B
-
- Siyasət
- 31 Avqust 2015 12:51
-
- Söz istəyirəm
- 31 Avqust 2015 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz