Buraxılış ili ekoloji standartlara uyğunluq meyarı olmayacaq
Bu il aprelin 1-dən avro-4 ekoloj normasına keçidlə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik təsdiq edib. Dəyişiklik buraxılış ilindən asılı olmayaraq avtonəqliyyat vasitələrinin idxalının tənzimlənməsinə yönəldilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Turan-a bildirib ki, buraxılış ili ekoloji standartlara uyğunluq meyarı olmayacaq. Məsələn, Rusiya istehsalı avtonəqliyyat vasitələri 2013-cü ildən avro-4 standartına uyğundur. Ukrayna, belarus və Qazaxıstan istehsalı avtomobillər bu ildən avro-4 standartına uyğunlaşdırılıb.
Xatırladaq ki, bu il yanvarın 14-də Azərbaycan hökuməti aprelin 1-dən avro-2 –dən avro-4 standartına keçid barədə qərar verib. Ekoloji təsnifata uyğun olaraq, buna qədər Aİ ölkələrindən 1997-2001-ci illə buraxılışı avtomobillərin idxalına icazə verilirdi. İndi bu ölkələrdən minimum 2005-ci il istehsalı avtomobillər gətiriləcək. ABŞ-dan 2004-cü, Yaponiya və Çindən 2011-ci il, Koreyadan 2006-ci il istehsalı avtomobillər gətirmək olar. 08D
-
- Siyasət
- 28 Mart 2014 15:16
İqtisadiyyat
-
Azərbaycan Dövlət Statistika Komitəsi bildirib ki, 2024-cü ildə əsas kapitala qoyulan investisiyalar 21 435,1 milyon manata çatıb ki, bu da 2024-ci illə müqayisədə 0,7% azdır. Ümumi göstəricilər bir qədər aşağı səviyyədə olsa da, sektorlararası bölgü neft və qaz sahəsi ilə qeyri-neft sənayesi arasında əhəmiyyətli fərqlilikləri ortaya qoyur.
-
Azərbaycanın sənaye müəssisələri və fərdi sahibkarları 2024-cü ildə sənaye istehsalında ötən illə müqayisədə 1,1%-lik mülayim artım qeyd edərək, istehsalın ümumi dəyərini 64,1 milyard manata çatdırdı. Dövlət Statistika Komitəsi ümumi artımı neft və qaz sektorunun 0,5%-lik genişlənməsinə, qeyri-neft və qaz sənayelərinin isə 7,3%-lik sürətli artımına borcludur.
-
Qlobal dizel yanacaq qiymətləri və emal marjaları, ABŞ-ın Rusiya neft ticarətinə qarşı tətbiq etdiyi ən son sanksiyaların ardından kəskin artıb. Bu addım, təklifin azalacağı gözləntiləri ilə bazarlarda dalğalanmalara səbəb olub, analitiklər və LSEG məlumatları bunu təsdiq edir.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qəbul edərək, Cənubi Qafqazın iki qonşu ölkəsi arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirməyə yönəlmiş yüksək səviyyəli danışıqlar aparıb.
Rəy yaz