Açiq mənbələrdən foto.
Buta Airways Bakıdan Kazan və Ufaya reyslər açır
Bakı/10.01.22/Turan: Azərbaycanın Buta Airways loukosteri Bakıdan Kazan və Ufaya uçuşların açıldığını elan edib. Hər iki reys həftədə iki dəfə yerinə yetiriləcək. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar martın 16-da başlayacaq, çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Bakı-Ufa-Bakı reysləri martın 17-də başlayacaq, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Uçuşa 72 saat öncə verilmiş koronavirus testi üzrə mənfi nəticəyə malik sərnişinlər buraxılacaq.—06D-
-
- Çətin sual
- 10 Yanvar 2022 16:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz